Səud qırıcılarının Yəmənə qarşı hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i290063-səud_qırıcılarının_yəmənə_qarşı_hücumları_davam_edir
Ərəbistanın komandanlığı altında olan təcavüzkar koalisiyanın qırıcılarının Yəmənin Ləhəc vilayətinin Sənəhan şəhərindəki Həziz məntəqəsində yerləşən mənzillərə qarşı hücumlarında bir qrup insan yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2017 09:23 Asia/Baku
  • Səud qırıcılarının Yəmənə qarşı hücumları davam edir
    Səud qırıcılarının Yəmənə qarşı hücumları davam edir

Ərəbistanın komandanlığı altında olan təcavüzkar koalisiyanın qırıcılarının Yəmənin Ləhəc vilayətinin Sənəhan şəhərindəki Həziz məntəqəsində yerləşən mənzillərə qarşı hücumlarında bir qrup insan yaralanıb.

Yəməndə Ənsarullah hərəkatının informasiya komitəsinin üzvü İbrahim Mətərz deyib: Ərəbistanın başçılıq etdiyi koalisiyanın təyyarələri cümə günü gecə Həziz məntəqəsində yerləşən izdihamlı Əlvəhdə məhəlləsindəki bir evi hədəfə alıblar. İlkin məlumatlara görə, bu hava hücumu nəticəsində iki uşaq və bir qadın yaralanıb.

Digər tərəfdən, üç yəmənli mülki də Ərəbistan qırıcılarının Əlhədidə vilayətində yerləşən Sahil Əlcaah məntəqəsində bir yük maşınına qarşı hücumunda həyatını itirib.

Səud qırıcıları ötən saatlarda on dəfə Yəmənin qərbində yerləşən Həccə vilayətinin Midi və Hirz məntəqələrini bombalayıblar.