Əlvifaq Bəhreyn tribunallarında ölüm cəzasını pisləyib
Bəhreyndə "Əlvifaq Milli" islami cəmiyyəti bildirib ki, Bəhreyn hərbi tribunallarında bu ölkə vətəndaşlarına qarşı edam hökmünün verilməsi pislənilir.
Bəhreyndə "Əlvifaq Milli" islami cəmiyyəti bu gün bu ölkə vətəndaşlarına qarşı edam hökmünün verilməsinin davam etməsinə reaksiyada vurğulayıb: Elektrik şoku, namusa və ailəyə təcavüz ilə hədələmə, oğurlanmaq və gizli həbs kimi işgəncə altında etirafın alınması da Bəhreyn vətəndaşlarına qarşı qeyri-insani hərəkətlərdir.
Bəhreyndə "Əlvifaq Milli" islami cəmiyyətinin bəyanatında sonra deyilir: Beynəlxalq ictimaiyyət sükutu pozub, özünü dollar və neft kimi təzyiq vasitələrinin buxovlarından xilas edərək, Bəhreyndə ədalətsizlik sayəsində baş verən bu cinayət və faciələr qarşısında mövqe tutmalı və addım atmalıdır.
Bəhreyndə "Əlvifaq Milli" islami cəmiyyəti bu bəyanatda vurğulayıb ki, intiqam mahiyyətli təfəkkürlərlə bir xalqın işlərini idarə etmək olmaz. O, deyib: Bəhreyn xalqı məhkəmə orqanında ilkin hüquqlardan məhrumdur və bu ölkənin məhkəmə və təhlükəsizlik orqanları korrupsiya və diktatorluq müxaliflərinin cəzalandırılmalarında hökumət üçün bir vasitəyə çevriliblər.
Bəhreyndə "Əlvifaq Milli" islami cəmiyyətinin bəyanatında daha sonra deyilir: Dünya azadlıq, ədalət və demokratiyanın tələb olunmasına görə, hakim qrupun ayrı-seçkiliyi, zorakılığı və repressiyasına məruz qalan Bəhreyn xalqının əksər hissəsininin xilas edilməsi üçün addım atmalıdır.
Bəhreyn hərbi tribunalı bu gün bir hökmdə bu ölkə vətəndaşlarından daha altı nəfəri Bəhreyn ordusu komandanının terror edilməsi planında rol oynamaq kimi puç ittihama görə edama məhkum edibdir.
Bəhreyn Asiyanın qərbində ən kiçik bir ölkə kimi seçilmiş dövlətin hakimiyyətə gəlməsi, ədalət və azadlığa nail olmaq istiqamətində 2011-ci ilin fevralından xalqın dinc etirazları səhnəsidir.