Dek 26, 2017 15:54 Asia/Baku
  • Tənqid etdiyinə görə 5 il həbs cəzası aldı
    Tənqid etdiyinə görə 5 il həbs cəzası aldı

Küveytdə məşhur Tvitter aktivi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini tənqid etdiyinə görə 5 il azadlıqdan məhrum edilib.

Rusiya Əl-Yəum bildirib ki, Küveyt məhkəməsi dünən bu ölkənin məşhur tvitter aktivi Abdullah Əssalihi Səudiyyə Ərəbistanını təhqir etdiyinə görə 5 il həbsə məhkum edib. 

Abdullah Ali-Səud və BƏƏ-nin Qətərə qarşı siyasətlərini tənqid edib və Dohanın 4 ərəb ölkəsinə qarşı mövqeyini dəstəkləyib. 

Abdullah Salih həbs cəzası aldıqdan sonra da öz mövqeyinə təkid edib. 

İqtisadi inkişaf üzrə doktor olan bu küveytli fəal hal-hazırda keveytdən kənarda yaşayır. 

Teqlər