İraq Kürdüstanında 400 etirazçı həbs edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i290373-İraq_kürdüstanında_400_etirazçı_həbs_edilib
İraq Kürdüstanının parlamentində insan haqları komitəsinin sədri bu bölgədə yerli idarəetməyə qarşı etiraz edənlərdən 400 nəfərin həbs edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 26, 2017 15:58 Asia/Baku
  • İraq Kürdüstanında 400 etirazçı həbs edilib
    İraq Kürdüstanında 400 etirazçı həbs edilib

İraq Kürdüstanının parlamentində insan haqları komitəsinin sədri bu bölgədə yerli idarəetməyə qarşı etiraz edənlərdən 400 nəfərin həbs edilməsindən xəbər verib.

Suran Ömər İRNA-ya deyib: Son günlərdə Süleymaniyyə vilayətində etirazçılardan 400 nəfəri təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və hələ onlardan bir neçəsi həbsxanadadır. 

Suran Ömər deyib: Kürdüstanda kommunal xidmətlərin bərbad vəziyyətinə etiraz edənlərin həbs olunmaları davam edir və bu həbslər qanuni məcrada baş vermir. Ömərin dediyinə görə, həbs olunanlar arasında jurnalistlər də var.