Barizani Bağdadla müzakirəyə hazır olduğunu deyib
Dek 28, 2017 21:25 Asia/Baku
-
Barizani Bağdadla müzakirəyə hazır olduğunu deyib
İraq Kürdüstanının yerli idarə başçısı deyib: Bağdad müzakirəyə hazır olarsa Ərbildə hazırdır.
SuməriyyəNyus xəbər verir ki,İraq Kürdüstanının yerli idarə başçısı Nəçiruan Barizani bu gün Ərbildə müxbirlər qarşısında etdiyi çıxışında Nuri Maliki və Əyad Əlavinin Ərbil ilə Bağdad arasındakı problemlərin həlli barədəki açıqlamalarını alqışlayaraq deyib: Ərbil bölgədəki hava limanları barədə Bağdadla müzakirə etməyə hazırdır.
Nəçiruan Barizani deyib: Ərbil yaxın günlərdə neft və qaz barədə statistikalara istinadla cavab verəcək.
Barizani öncə İraq baş naziri Heydər Əl-İbadiyə ünvanladığı məktubda Bağdad ilə Ərbil arasında müzakirələrin başlanmasını istəmişdi.