Yan 08, 2018 11:19 Asia/Baku
  • Yəməndə təcavüzkarların təyyarəsi vurulub
    Yəməndə təcavüzkarların təyyarəsi vurulub

Yəmən ordusu və xalq komitələri bu ölkə səmasında təcavüzkar Səudiyyə Ərəbistanının başqa bir ədəd hərbi təyyarəsinin vurulmasından xəbər veriblər.

Yəmənin Əl-Məsirə telekanalının verdiyi məlumata görə,  Yəmən ordusu və xalq komitələrinin havadan müdafiə qüvvələri paytaxt Səna səmasında Səudiyyə Ərəbistanının bir ədəd hərbi təyyarəsini vurublar. 

Dünən də yəmənlilər Sədə vilayətində Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinə məxsus bir ədəd hərbi təyyarəni hədəfə almışlar. 

Ötən milad ilində Yəmən ordusu və xalq qüvvələri koalisiyanın 1569 hərbi texnikasını məhv ediblər. Bu müddətdə Yəmənin havadan müdafiə qüvvələri də təcavüzkarların 29 hərbi təyyarəsi, vertolyotu və Pilotsuz Uçan Aparatını məhv ediblər. 

Ötən milad ilində Yəmən ordusu və xalq qüvvələri Səudiyyə Ərəbistanı ərazilərini 45 dəfə raketlə hədəfə alıblar. 

Səudiyyə Ərəbistanı ABŞ, BƏƏ və bir neçə digər ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi hücuma keçib və bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıb. Bu təcavüzkar əməliyyatların bəhanəsi Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaqdan ibarətdir. 

Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin Yəmənə qarşı müharibəsi on minlərlə yəmənlinin həlak olmasına və milyonlarla insanın didərgin düşməsinə gətirib çıxarıb. 

Teqlər