Sionist hərbçilər 3 yaşlı uşağı atəşə tutublar
Yan 11, 2018 12:42 Asia/Baku
Sionist rejim hərbçiləri İordan çayının qərb sahilində 3 yaşlı fələstinli uşağı baş nahiyəsindən vurublar.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Fələstinin tibb dairələri bildiriblər: İordan çayının qərb sahilində Tubasda sionist hərbçilər üç yaşlı uşağı atəşə tutub və yaralayıblar.
Fələstində Uşaqların Müdafiəsi Beynəlxalq Hərəkatın bildirdiyinə görə, 2017-ci ildə sionistlərin atəş açması nəticəsində 15 fələstinli uşaq şəhid olub.
Sionist işğalçılar 2017-ci ildə azı 170 fələstinli uşaq və qadını həbs ediblər.