S.Əlhəriri: Hizbullah Livan dövlətinin bir üzvüdür
Livanın baş naziri Səəd Əlhəriri deyib ki, Hizbulllahın Livan dövlətində iştirakı bu ölkədə siyasi sabitliyə səbəb olubdur.
Livanın baş naziri Amerikada çıxan "Uol Strit Cournal" qəzeti ilə müsahibədə bildirib ki, heç vaxt Livan Hizbullahı ilə qarşıdurmaq ardınca deyil.
Əlhəriri söyləyib: Hizbullah Livan dövlətinin bir üzvüdür və bu ölkə dövlətinin sistemində bütün partiyalar iştirak edirlər və əsas hədəf, Livanda siyasi sabitlik və birliyin reallaşmasıdır.
Livanın baş naziri Livan Hizbullahı ilə qarşı durmaq üçün hər cür planı rədd edərək, bildirib ki, ölkəsini Ərəbistan ilə İran arasındakı ixtilafdan uzaq saxlamağa çalışır.
Səud ssenarisi əsasında ötən il Livanın baş naziri vəzifəsindən müvəqqəti şəkildə istefa verməyə məcbur edilmiş Səəd Əlhəriri bu müsahibədə Ərəbistandakı iştirakının detallarına keçməkdən çəkinib və təkcə iddia edibdir ki, Ərəbistan birbaşa şəkildə Livaniın siyasi işlərinə qarışmayıbdır.