BƏT ABŞ-ın qərarını qınadı
Yan 17, 2018 17:18 Asia/Baku
Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış Beynəlxalq Əmək Təşkilatı Birləşmiş Ştatların yardımlarını yarıya azaltmasını Yaxın Şərqdə sabitliyi təhdid edən amil adlandırıb.
Əl-Hədəs informasiya portalının verdiyi məlumata görə, Beynəlxalq Əmək Təşkilatı (UNRWA) ABŞ-ın bu təşkilata olan yardımlarının 50%-ni kəsməsinə reaksiya olaraq bildirib: Vaşinqtonun bu hərəkəti yardım çatdırma missiyasını təhdid edir və Yaxın Şərqdə sülh və sabitliyə böyük zərbə vurmuş olacaq.
Amerika çərşənbə axşamı Fələstin xalqına qarşı düşmənçiliklərinin davamında Fələstinlilərin ehtiyaclarının təmin edilməsi üçün vəd olunmuş məbləğin 65 milyon dollarını ödəməkdən imtina edib.