Afrində hərbi əməliyyatda azı 18 nəfər həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i293097-afrində_hərbi_əməliyyatda_azı_18_nəfər_həlak_olub
Qərargahı İngiltərədə olan Suriya İnsan Haqları Gözətçisi Qrupu bildirib: Türkiyə ordusunun YPG qüvvələrini Afrinin ətraf bölgələri və kəndlərindən geri oturtmaq üzrə quru və hava əməliyyatında 18 nəfər həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 22, 2018 07:34 Asia/Baku
  • Afrində hərbi əməliyyatda azı 18 nəfər həlak olub
    Afrində hərbi əməliyyatda azı 18 nəfər həlak olub

Qərargahı İngiltərədə olan Suriya İnsan Haqları Gözətçisi Qrupu bildirib: Türkiyə ordusunun YPG qüvvələrini Afrinin ətraf bölgələri və kəndlərindən geri oturtmaq üzrə quru və hava əməliyyatında 18 nəfər həlak olub.

Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, fəalların açıqlamasına görə, Afrində altısı uşaq və qadın olan 13 sivil həlak olub, 16 nəfər də yaralanıb. 

Suriyadan əldə olunan məlumatlara görə, Türkiyə hərbçilərinin əməliyyatında 5 YPG və 10 "Suriya Azad Ordusu" yaraqlısı ölüb. 

Həmçinin Afrin əməliyyatında YPG qüvvələri Türkiyənin himayəsində olan "Suriya Azad Ordusu" yaraqlılarından bir qrupu əsir götürüblər. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Afrində hərbi əməliyyatı "milli savaş" adlandırıb və vəd edib ki, bu əməliyyat qısa müddətdə bitəcək.