Həbs olunan şahzadə və iş adamlarından bac alınır
Korrupsiyada ittiham olunanlarla Səudiyyə Ərəbistanı rəsmiləri arasında bəzi əmlak və bank hesablarınn dövlət hesabna köçürülməsi üzrə anlaşmasının davamında, üç ay öncədən həbsdə olan ərəbistanlı şahzadə və iş adamlarından dörd nəfəri azad olunub.
İRNA-nın Səudiyyə Ərəbistanı Kütləvi İnformasiya Vasitələrinə istinadla verdiyi məlumata görə, MBC qrupunun sahibi Vəlid İbrahim, tanınmış iş adamlı Fuaz əl-Həkir, əmlak divanının rəhbəri Xalid əl-Təvicəri, ekologiya mərkəzinin sabiq rəhbəri Türki Bin Nasir ödənişdən sonra azad olunublar.
Səudiyyə rəsmisi azad edilmək üçün ərəbistanlı şahzadə və iş adamlarının ödədiyi vəsaitin məbləğini açıqlamayıb. Lakin bəzi məlumatlara görə, MBC qrupunun sahibi bu qrupda səhmlərdən dövlət büdcəsinə pay ayırdıqdan sonra azad ola bilib.
Ərəbistanda korrupsiyada ittiham olunan səudiyyəli milyarder Vəlid Bin Təllal yaxın günlərdə azad edilməsi ehtimalından xəbər verib.
Səudiyyə rejimi 2017-ci il 4 noyabrdan təxminən 200 şahzadə və iş adamını korrupsiya ittihamı ilə saxlayıb və Rits Karlton otelinə köçürüb.
Ərəbistan baş prokuroru Səud əl-Mücəb indiyə qədər korrupsiyada ittiham olunanların 90 nəfərinin azad olunduğunu və 95 nəfərin hələ də saxlanıldığını bildirərək deyib: Ər-Riyad saxlanılanlardan 100 milyard dollar dəyərində nağd vəsait, əmlak və sair vasitələr ala bilmişdir.
Bəzi məlumatlara görə, milli qvardiyanın sabiq rəhbəri və sabiq kralın oğlu Mətəb Bin Abdulla indiyə qədər azad olunan şəxslər arasında azadlığı üçün 1 milyard dollar vəsait ödəyən əsas şəxsdir.