Suriyanın şimalında yüzlərlə kürd ölüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i293847-suriyanın_şimalında_yüzlərlə_kürd_ölüb
Türkiyə ordusu Suriyanın şimalında Türkiyəyə müxalif kürdlərdən yüzlərlə nəfərin öldüyünü bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 28, 2018 14:26 Asia/Baku
  • Suriyanın şimalında yüzlərlə kürd ölüb
    Suriyanın şimalında yüzlərlə kürd ölüb

Türkiyə ordusu Suriyanın şimalında Türkiyəyə müxalif kürdlərdən yüzlərlə nəfərin öldüyünü bildirib.

İRİB-in məlumatına görə, Türkiyə Ordusu Baş Qərargahı Suriyanın şimalında Afrin əməliyyatının 9-cu günündə Zeytun Budağı əməliyyatı başlandıqdan bəri 484 kürd yaraqlının öldürüldüyünü bildirib. 

Bundan öncə Türkiyə ordusu qərargahı Suriyanın şimalında Türkiyəyə müxalif kürdlərin tələfatının sayını 343 nəfər elan etmişdi. 

Türkiyənin Suriyanın şimal-qərbində Afrin şəhərindəki Zeytun Budağı əməliyyatı 20 yanvardan başlanıb və 9 gündür davam edir.