Yan 31, 2018 11:29 Asia/Baku
  • Səudiyyəli qırıcılar Sənanı bombalayıblar
    Səudiyyəli qırıcılar Sənanı bombalayıblar

Səudiyyə rejimi qırıcı təyyarələri çərşənbə axşamı gecə Yəmən paytaxtı Sənanın şərqində Şüub və Bəni Həşiş bölgələrinin beş dəfə bombalayıblar.

Bəzi Kütləvi İnformasiya Vasitələri Sənada bir neçə güclü partlayış səsinin eşidildiyini bildiriblər. 

Hələlik bu hücumlar haqda ətraflı məlumat verilməyib. 

Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib, bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Ərəbistan və müttəfiqlərinin Yəməndəki müharibələri indiyə qədər on minlərlə yəmənlinin həlak olması, yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib. Yəmən bu təcavüz nəticəsində ərzaq məhsulları, dərman çatlışmazlığı və müxtəlif xəstəliklərin yayılması ilə üzləşib. 

Səudiyyə Ərəbistanı və ABŞ indiyə qədər Yəmən xalqının müqaviməti nəticəsində bu ölkədə öz məqsədlərinə nail ola bilməmişlər. 

Teqlər