BAT 6 Bəhreyn vətəndaşının edam hökmünün ləğvini istəyib
Beynəlxalq Amnistiya Təşkilatı dünən bir bəyanatda Ali-Xəlifə rejimindən istəyibdir ki, altı Bəhreyn vətəndaşının edam hökmünü ləğv etsin.
Ali-Xəlifə rejiminin hərbi tribunalı 2017-ci il dekabrın 25-də bir hökmdə bu rejim ordusunun komandanı Xəlifə bin Əhməd Ali-Xəlifənin terrorunun planlaşdırılmasında rol oynamaq kimi puç ittihamla altı Bəhreyn vətəndaşını edama məhkum etdi.
Ali-Xəlifə rejimi Bəhreyn kralı Şeyx Həməd bin İsa Ali-Xəlifənin mülkilərin hərbi tribunalda mühakimə olunmaları ilə razılaşmasının ardınca bu ölkə vətəndaşlarını mühakimə üçün həmin məhkəmələrə göndərir.
Beynəlxalq Amnistiya Təşkilatı bu bəyanatda bildirib ki, Ali-Xəlifə rejimi işgəncə altında Bəhreyn vətəndaşlarından etiraflar alır. Bu təşkilat həbs olunanların ədalət məhkəməsində mühakimə olunmalarını istəyib.
Beynəlxalq Amnistiya Təşkilatı bundan öncə də vurğulamışdı ki, Ali-Xəlifə rejiminin başçıları hər bir metoddan Bəhreynin vətəndaş cəmiyyətini məhv etmək üçün istifadə etməyə çalışır.
Bəhreyn 2011-ci ilin 14 fevralından Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir.
Bəhreyn xalqı öz ölkəsində azadlıq və ədalətin bərqərarı, ayrı-seçkiliyin aradan götürülməsi və seçilmiş bir hökumətin hakimiyyətə gəlməsini istəyir. Lakin Ali-Xəlifə rejimi "ada sipəri" qüvvələri formasında Bəhreyndə yerləşmiş səud hərbçiləri və Birləşmiş Ərəb Əmirliklərinin təhlükəsizlik məmurlarının köməyilə bu ölkədə xalq etirazlarına divan tutur.
Bəhreyn Asiyanın qərbində ən kiçik bir ərəb ölkəsidir, lakin insan haqları mənbələrinin bildirdiklərinə görə, ən çox siyasi məhbusa malikdir.