Suriya kürdləri: Türkiyə Afrində qadağan olunmuş silahlardan istifadə edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i294497-suriya_kürdləri_türkiyə_afrində_qadağan_olunmuş_silahlardan_istifadə_edir
Suriya Kürdləri Demokratik Birliyi PYD qüvvələri bildiriblər: Türkiyə Afrin əməliyyatında qadağan olunmuş silahlardan istifadə edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 04, 2018 06:31 Asia/Baku
  • Suriya kürdləri: Türkiyə Afrində qadağan olunmuş silahlardan istifadə edir
    Suriya kürdləri: Türkiyə Afrində qadağan olunmuş silahlardan istifadə edir

Suriya Kürdləri Demokratik Birliyi PYD qüvvələri bildiriblər: Türkiyə Afrin əməliyyatında qadağan olunmuş silahlardan istifadə edir.

Suriya Kürdləri Demokratik Birliyi PYD qüvvələrinin ictimai əlaqələr şöbəsinin məsulu Ridor Xəlil deyib: Türkiyə Afrinə hücumda qadağan edilmiş Napalm və kasset bombalardan istifadə edir. 

Ridor Xəlil əlavə edib: Afrində Türkiyənin qadağan olunmuş silahlardan istifadə etməsi haqda sənədləri toplamaq üçün səylər davam edəcək. 

Türkiyə Suriyanın şimalında Afrin şəhərində Zeytun Budağı əməliyyatını 20 yanvarda başlayıb. Rəsmi Ankara PKK, PYD, YPG və İŞİD terror qruplaşmalarının məhvini bu əməliyyatın məqsədi adlandırır. 

Suriya hökuməti Türkiyənin Afrin şəhərində hərbi əməliyyatını Suriyanın ərazi bütövlüyünün pozulması adlandırıb və onu qınayıb.