Sionist zabit: Hİzbullah növbəti savaşda Hayfa və Uşdud limanlarını məhv edə bilər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i294739-sionist_zabit_hİzbullah_növbəti_savaşda_hayfa_və_uşdud_limanlarını_məhv_edə_bilər
Sionist rejimin hərbi hava qüvvələrinin yüksək səviyyəli zabitlərindən biri bildirib: Hizbullahın İsrailin dənizdəki bütün qaz platformaları, Hayfa və Uşdud limanlarını məhv edə biləcək dəqiq raketləri vardır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 06, 2018 14:34 Asia/Baku
  • Sionist zabit: Hİzbullah növbəti savaşda Hayfa və Uşdud limanlarını məhv edə bilər
    Sionist zabit: Hİzbullah növbəti savaşda Hayfa və Uşdud limanlarını məhv edə bilər

Sionist rejimin hərbi hava qüvvələrinin yüksək səviyyəli zabitlərindən biri bildirib: Hizbullahın İsrailin dənizdəki bütün qaz platformaları, Hayfa və Uşdud limanlarını məhv edə biləcək dəqiq raketləri vardır.

Sionist Kütləvi İnformasiya Vasitələrinin bildirdiyinə görə, bu sionist zabit iddia edib ki, İran ən modern silahları, o cmülədən uzaq mənzilli quru-dəniz raketləri, modern raketlər, Pilotsuz Uçan Aparatları Hizbullaha verib. 

O iddia edib ki, İranın regiondakı iştirakı sionist rejim üçün böyük problemdir. 

Bu sionist zabit davamında əlavə edib: Suriya ordusunun silahları da Hizbullahın əlinə çatıb. Buna görə, onlar Suriya ərazisindən işğal olunmuş Fələstin ərazilərini vura bilərlər. 

O bildirib: Hizbullah diqqətini uzaqmənzilli quru-dəniz raketləri, bomba quraşdırılmış gəmilər, sualtı gəmilər və kəşfiyyat Pilotsuz Uçan Aparatları əldə etməyə yönəldib. 

Bundan öncə də sionist rejim ordusunun sabiq komandanlarından Noam Tifon deyib: Müdafiə sistemləri yetərli deyil, şübhəsiz, Hizbullahın raketlərinin diqqəti strateji obyektləri vura bilər. Buna isə bizim hazırlığımız yoxdur.