Ərəbistanlı yazıçı zindana salınıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i295073-Ərəbistanlı_yazıçı_zindana_salınıb
Ərəbistanın cinayət məhkəməsi bir neçə ay həbsdən sonra ərəbistanlı yazıçı və jurnalist Saleh Əlşeyxini səud sarayındakı korrupsiyanı tənqid etməsinə görə, beş il həbsə məhkum edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 09, 2018 17:19 Asia/Baku
  • Ərəbistanlı yazıçı zindana salınıb
    Ərəbistanlı yazıçı zindana salınıb

Ərəbistanın cinayət məhkəməsi bir neçə ay həbsdən sonra ərəbistanlı yazıçı və jurnalist Saleh Əlşeyxini səud sarayındakı korrupsiyanı tənqid etməsinə görə, beş il həbsə məhkum edib.

Ərəbistanda çap olunan Əlvətən qəzetində çalışan Saleh Əlşeyxi ötən dekabrın səkkizində Ərəbistan krallığı sarayındakı korrupsiyanı və bəzi şəxslərə torpağın verilməsini ifşa etdi.

Ərəbistanın cinayət məhkəməsi bir hökmdə bir televiziya verilişində iştirak edərək, Ərəbistan krallığının sabiq məhkəmə rəisi Xalid Əltuycərinin maliyyə pozğunluğunu ifşa etməsinin ardınca həbs olunmuş Saleh Əlşeyxini beş il həbsə və beş il ölkədən çıxa bilməmək cəzasına məhkum etdi.

Bundan öncə jurnalistləri himayə komitəsi bu ərəbistanlı yazarın tez bir zamanda azad edilməsini istəmişdi.