Fev 10, 2018 13:47 Asia/Baku
  • Pakistanlılar şiələrin qırğınına etiraz etdilər
    Pakistanlılar şiələrin qırğınına etiraz etdilər

Pakistan vətəndaşları şimal-qərbdə yerləşən Xeybər-Paxtunxah əyalətinin Dir İsmayılxan şəhərində şiələrin qırğın edilməsinə etiraz olaraq aksiya keçiriblər.

Səhər televiziyasının urdu dilli radio-televiziya redaksiyasının məlumatına görə, ötən gün Pakistanın Karaçi, Dir İsmayılxan, Lahur şəhərlərində cümə namazı qılındıqdan sonra aksiyalar təşkil olunaraq hökumətdən terror qrupları əleyhinə addımların atılması istənilib. 

Həmçinin Karaçi şəhəri Müsəlman Birliyi Məclisinin baş katibi Əllamə Sadiq Cəfəri Pakistan şiələrinin qırğın edilməsini pisləyərək terror qruplarının müsəlmanlar əleyhinə aktlar törətməsinin qarşısının alınmasında rəsmi İslamabadın acizliyini tənqid edib və deyib: Pakistan hökuməti terror qruplaşmaları ilə mübarizədə öz öhdəliklərinə sadiq deyil. 

Ötən iki həftədə terrorçular Dir İsmayılxan şəhərində çoxlu sayda şiəni terror edib və qaçıblar. 

Xeybər-Paxtunxah Pakistanın şimal-qərbində destabil əyalətlərdən sayılır. 

Teqlər