İsrailin bir ədəd PUA-sı Qəzzə səmasında vurulub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i295271-İsrailin_bir_ədəd_pua_sı_qəzzə_səmasında_vurulub
Sionist rejimin bir ədəd casusluq pilotsuz uçan aparatı Qəzzə zolağında fələstinli müqavimət qüvvələri tərəfindən vurularaq, yerə salınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 11, 2018 14:30 Asia/Baku
  • İsrailin bir ədəd PUA-sı Qəzzə səmasında vurulub

Sionist rejimin bir ədəd casusluq pilotsuz uçan aparatı Qəzzə zolağında fələstinli müqavimət qüvvələri tərəfindən vurularaq, yerə salınıb.

Livanın əl-Əhd informasiya kanalının verdiyi məlumata görə, bazar günü Qəzzə zolağının şimalında Əbu Səfiyə məntəqəsi üzərində casusluq uçuşu həyata keçirən bu uçan aparat fələstinli müqavimət qüvvələri tərəfindən hədəfə alınaraq, məhv edilib.

Bundan öncə də Əl-Əhd informasiya kanalı fələstinli müqavimət qüvvələrinin İsrailin bir ədəd casusluq uçan aparatını Beyt Ləhmin şərqində ələ keçirmələrindən xəbər vermişdi.