Fev 17, 2018 10:15 Asia/Baku
  • Bəhreyn xalqının aksiyası davam edir
    Bəhreyn xalqının aksiyası davam edir

Bəhreyn xalqı bir daha bu ölkənin 2011-ci il 14 fevral inqilabının yeddinci ildönümü hədəfilə aksiya keçirib.

Bəhreynin Əlşaxurə və Əbuzəybə məntəqələrinin sakinləri dünən gecə aksiya keçirərək, bu ölkədəki böhrana son qoymağın yeganə yolunu Ali-Xəlifə rejiminin kənarlaşdırılması adlandırıblar.

Ali-Xəlifə rejiminə qarşı şüarlar verən aksiya iştirakçıları bu rejimin bəhreynli inqilabçılarla qarşılaşmadakı zorakı hərəkətlərinin dayandırılmasını tələb ediblər.

2018-ci il fevralın 14-ü, Bəhreyndə xalq inqilabının başlanmasını xatırladır. Bəhreyn xalqının "Mirvari inqilabı" adlı inqilabından yeddi il keçir. Xalq bu inqilabda Ali-Xəlifə rejiminin repressiya siyasətinə rəğmən, israrlı və müqavimətlidir.

Ali-Xəlifə rejiminin xəfiyyə qüvvələri Bəhreyn xalqının qiyamının ildönümü günündə bu ölkədə 145 halda insan haqlarını pozublar.

Bəhreyn 2011-ci ilin 14 fevralından bəri Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir. Bəhreyn xalqı bu ölkədə azadlıq, ədalətin bərqərarı, ayrı-seçkiliyin aradan götürülməsi və seçilmiş hökumətin hakimiyyə gəlməsini istəyir.

Teqlər