Tunisdə İsrail əleyhinə aksiya
Tunis xalqı bu ölkə parlamentinidə İsrail ilə əlaqələrin normallaşdırılmasını cinayət hesab edən qanun layihəsinin qəbul edilməsinə dəstək olaraq, aksiya keçirib.
Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Tunisin paytaxtı hakim partiyanın Parlamentdə İsrail ilə əlaqələrin normallaşdırılmasını cinayət hesab edən qanun layihəsinə qarşı çıxmasına etiraz olaraq aksiyanın şahidi olub.
Bu etiraz aksiyasında bəzi parlament üzvləri, siyasi fəallar və hüquq müdafiəçiləri də iştirak ediblər.
Aksiya iştirakçıları İsrail ilə əlaqələrin normallaşdırılmasını cinayət hesab edən qanun layihəsinin parlamentdə qəbul edilməsinə nail olmaq üçün hakim partiya və hökumətə qarşı təzyiqlərin davam etməsini istəyiblər.
Bu qanun layihəsi Tunisin Xalq Cəbhəsi partiyası tərəfindən irəli sürülüb.