Fev 19, 2018 19:33 Asia/Baku
  • Əl-Həşdüşşəbi Kərkükdə qüvvələrinin tələfatı barədə bəyanat verib
    Əl-Həşdüşşəbi Kərkükdə qüvvələrinin tələfatı barədə bəyanat verib

İraqın Əl-Həşdüşşəbi qüvvələrindən ibarət bir qrup Kərkük vilayətində terrorçularla toqquşmalarda həlak olub.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, İraqın Əl-Həşədüşşəbi qüvvələrinin mətbuat xidməti bir bəyanatda bildirib ki,  Əl-Həşədüşşəbi qüvvələri bir neçə gün öncə Əl-Hüveycədə terrorçuları yaxalamaq üçün əməliyyata başlayıb və bir neçə gün ərzində gözə çarpacaq uğurlar da əldə edib, çoxlu sayda  terrorçunu o sıradan onların bir neçə başçısını yaxalayıb. 

Əl-Həşədüşşəbi bu bəyanatda bildirir: Dünən gecə Əl-Həşədüşşəbi qüvvələri hərbi geyimdə olan bir qrup terrorçunun pusqusuna düşüb və şiddətli toqquşmalardan sonra çoxlu sayda terrorçunu məhv etsə də nəhayət terrorçuların sayının çox olduğuna və hava şəraitinin əlverişli olmadığına görə Əl-Həşədüşşəbi qüvvələrindən 27 nəfəri həyatını itirib. 

Əl-Həşədüşşəbi bu bəyanatda İraqın təhlükəsizliyinin təmini üçün öz qüvvələrini fəda etdiyinə öyünür və azad edilmiş ərazilərin terrorçulardan tam təmizlənilməsi üçün əməkdaşlıqlar və həmrəyliyin vacibliyini vurğulayır və Kərkük əhalisindən istəyir ki bütün bölgələrin təmizlənməsi üçün əməkdaşlıq etsin. 

İraq dövləti 2017-ci il 21 dekabrda terrorçu İŞİD-in bu ölkədəki hərbi fəaliyyətinə son qoyulduğunu bildirdi amma bu qrupun qalıqları ara-sıra bəzi bölgələrdə hücumlar həyata keçirirlər. 

 

Teqlər