Fev 23, 2018 19:14 Asia/Baku
  • Kürd qüvvələr Təl-Rəfət şəhərinin nəzarətini Suriya ordusuna tapşırıblar
    Kürd qüvvələr Təl-Rəfət şəhərinin nəzarətini Suriya ordusuna tapşırıblar

Bir yerli mənbə bildirib ki, Suriya ordusu kürd qüvvələrin ixtiyarında olan Təl-Rəfət şəhərinin nəzarətini ələ alıb.

Türkiyə ordusunun Afrin şəhərində kürd qüvvələrə qarşı "Zeytun budağı" əməliyyatı cari milad ili yanvarın 20-də başlanıb. Belə bir halda, Suriyanın xarici işlər nazirliyi Türkiyənin həmin hərəkətini Suriyanın suverenliyinin pozulması adlandırıb.

Suriya ordusu bu gün Hələbin şimalında yerləşən Təl-Rəfət şəhərinin nəzarətini ələ alıbdır. Bu hərəkət kürdlərin Suriyanın mərkəzi dövlətindən bu ölkə sərhədlərinin mühafizəsi üzrə istəyi çərçivəsində həyata keçir.

Bundan öncə Suriya xalq müdafiə qüvvələrinin komandanı Muhəmməd Əlfərəc Türkiyənin hücumları qarşısında müdafiəyə toxunaraq, vurğulamışdı ki, xalq müdafiə qüvvələri Türkiyənin bombardmanlarına rəğmən, Afrin şəhərində yerləşiblər və Afrin sakinlərinin kənarında sonadək müqavimət göstərəcəklər.

Belə bir halda, bir kürd məsul şəxs Almaniya xəbər agentliyilə müsahibədə deyib ki, Türkiyə artilleriyası dünən gecə Afrinə qarşı hücumlarını şiddətləndiribdir. Suriyalı mediaların bildirdiklərinə görə, Türkiyə ordusunun kürd qüvvələrə qarşı əməliyyatının başlanmasından bəri 171 mülki dünyasını dəyişib, 458 nəfər də yaralanıbdır.

Teqlər