Fev 24, 2018 16:43 Asia/Baku
  • İraq Hizbullahı: Amerika ilə qarşılaşmağa hazırıq
    İraq Hizbullahı: Amerika ilə qarşılaşmağa hazırıq

İraq Hizbullahının batalyonları İraqda amerikan hərbçilərin fəaliyyətinin davamının əlehinə olduğunu bildirib.

Mehr xəbər agentliyinin Əl-Məyadinə istinadla verdiyi məlumata görə, İraq Hizbullah Batalyonlarının sözçüsü Cəfər Əl-Hüseyni Amerikanın İraqdakı hərbi qüvvələri vasitəsi ilə bu ölkəyə öz nəzarətini təmin etmək cəhdlərinə toxunaraq deyib: İraq xalqı heçvaxt Amerikaya təslim olmayacaq. 

Cəfər Əl-Hüseyni Amerika ilə qarşılaşmağa hazır olduğunu bildirərək İraq Hizbullahının bu ölkənin müxtəlif qrup və təşkilatlarının İşğalçılara və İŞİD-ə qarşı mövqelərinə dəstək verdiyini vurğulayıb .

İraq Hizbullah Batalyonlarının sözçüsü həmçinin bu partiyanın üzvlərinin 2018-ci il 12 may parlament seçkilərinə namizədliklərini irəli sürməyəcəklərini bildirərək deyib: Hizbullah Batalyonları şücaətli, layiqli və milli simaları dəstəkləyəcək. 

İraq Hizbullah Batalyonları Həşdüşşəbinin tabeliyində olaraq 2003-cü ildə təsis edilib və ilk anti-Amerika əməliyyatını həmin ilin 23 oktyabrında Bağdadın Bələdiyyat bölgəsində həyata keçirib. 

Amerika 2011-ci ildə özünün İraqdakı hərbçilərini bu ölkədən çıxartdı amma 2014-cü ildə İŞİD icad edildikdən sonra bir daha İraqa qoşun yeritdi və bu gün Amerika İraqda 5 min hərbçiyə malikdir. 

Teqlər