Amerikan koalisiyasının Suriyada növbəti cinayəti; 24 mülki həlak oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i297149-amerikan_koalisiyasının_suriyada_növbəti_cinayəti_24_mülki_həlak_oldu
ABŞ-ın başçılıq etdiyi beynəlxalq Anti-İŞİD koalisiyası qırıcılarının çərşənbə axşamı Deyrəzzura olan hücumları zamanı 24 nəfər həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2018 06:15 Asia/Baku
  • Amerikan koalisiyasının Suriyada növbəti cinayəti; 24 mülki həlak oldu

ABŞ-ın başçılıq etdiyi beynəlxalq Anti-İŞİD koalisiyası qırıcılarının çərşənbə axşamı Deyrəzzura olan hücumları zamanı 24 nəfər həlak olub.

İRNA-nın məlumatına görə, Amerikan koalisiyası qırıcıları Deyrəzzurun cənubunda suriyalı didərginlərin toplaşdığı məkanı hədəfə alıblar. 

Bu hücumda çoxlu sayda insan da yaralanıb. 

ABŞ-ın başçılıq etdiyi Anti-İŞİD koalisiyası bazar günü də Deyrəzzurun ətrafında yerləşən Zöhrə Əluni və Şəfəqə qaçqın düşərgələrini hədəfə alaraq, 29 mülkini qətlə yetirmişdi. 

Suriya hökuməti dəfələrlə BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının sədrinə məktublar göndərərək, ABŞ və başçılıq etdiyi koalisiyanın Suriyadakı qırğınlarına son qoyulmasını istəyib.