Misirin 2-ci böyük şəhərində susuzluq böhranı
Misir rəsmiləri ikinci böyük şəhər İskəndəriyyədə susuzluq böhranından xəbər veriblər.
Misirin Əxbarək xəbər portalının məlumatna görə, İskəndəriyyənin su şirkəti cümə axşamı günü bildirib: Vilayətin mərkəzi və şərqində su verilməsi 12 saat müddətinə dayandırılacaq. Bu xəbərin elan olunması ilə vilayətdə şərait bir neçə saatlıq gərginləşib.
Bu xəbərin elan olunmasından sonra, sakinlər qablaşdırılmış suların satın alınmasına hücum çəkiblər. Virtual şəbəkələrdə bəzi istifadəçilər kadrlar yayımlayaraq İskəndəriyyədə su savaşının başlandığını bildiriblər.
Misirin İskəndəriyyə valisi Məhəmməd Səttan da şəhərdə suyun çirklənməsi haqda yayımlanan xəbərlərə reaksiyada bildirib: Şəhərin suyu tamamilə sağlamdır və içilə bilər, heç bir zəhərli maddə ilə çirklənməsi müşahidə olunmayıb.
Misirin Su şirkəti bildirib: Suyun kəsilməsinin səbəbi Bab-Şərqi stansiyasında şirkətin texniki işlərinin təkmilləşdirilməsidir.