Kimyəvi silahdan istifadə ilə bağlı saxta nümayişlər barədə xəbərdarlıq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i297463-kimyəvi_silahdan_istifadə_ilə_bağlı_saxta_nümayişlər_barədə_xəbərdarlıq
Hisaməddin Ala deyib: Bəzi ölkələrin nümayəndələrinin sözləri terrorçuları Dəməşqi atəşə tutmağa və mülkilərdən insan sipəri kimi istifadə etməyə təşviq edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 03, 2018 12:23 Asia/Baku
  • Kimyəvi silahdan istifadə ilə bağlı saxta nümayişlər barədə xəbərdarlıq
    Kimyəvi silahdan istifadə ilə bağlı saxta nümayişlər barədə xəbərdarlıq

Hisaməddin Ala deyib: Bəzi ölkələrin nümayəndələrinin sözləri terrorçuları Dəməşqi atəşə tutmağa və mülkilərdən insan sipəri kimi istifadə etməyə təşviq edir.

Suriyanın BMT-nin Cenevrə iqamətgahındakı nümayəndəsi Hisaməddin Ala bu təşkilatın insan haqları şurasının "Şərqi Vahə" məntəqəsinin durumunu araşdırmaq üçün keçirilən fövqəladə iclasında deyib: Bəzi ölkələrin nümayəndələrinin sözləri terrorçuları Dəməşqi atəşə tutmağa və mülkilərdən insan sipəri kimi istifadə etməyə təşviq edir.

"Şərqi Vahə" məntəqəsindəki döyüşlərin şiddətlənməsinin əsas səbəbi, bu məntəqədə yerləşmiş terror qruplarının Dəməşqə qarşı hücumu ilə bağlıdır.

Ala əlavə edib: Heç kəs Suriya hökumətindən çox Suriya xalqının vəziyyətinə əhəmiyyət vermir. Kimyəvi silahlardan istifadə ilə bağlı saxta nümayişlər barədə xəbərdarlıq edirik.