Mart 05, 2018 15:51 Asia/Baku
  • Bəşar Əsəd Suriya ilə dost ölkələr arasında koordinasiyaya təkid edib
    Bəşar Əsəd Suriya ilə dost ölkələr arasında koordinasiyaya təkid edib

Suriya prezidenti Suriya ilə dost ölkələr arasında regionun hazırkı həssas şəraitində müxtəlif məsələlər barədə koordinasiyanın vacibliyini vurğulayıb.

Suriya prezidenti Bəşar Əsəd Dəməşqdə İran İslam Respublikası xarici işlər nazirinin köməkçisi və Suriya üzrə beynəlxalq sülh müzakirələrində rəsmi nümayəndəsi Hüseyn Cabiri Ənsarinin başçılıq etdiyi heyətlə görüşündə Suriya ilə dost ölkələr arasında regionun hazırkı həssas şəraitində müxtəlif məsələlər barədə koordinasiyanın vacibliyini vurğulayıb.

Bu görüşdə Rusiyanın Soçi şəhərində keçrilmiş Suriyanın milli dialoq konfransındakı nailiyyətlərin dərk edilməsi vurğulanıb. Görüşdə həmçinin beynəlxalq vasitəçi olan Stefan De Mesturanın danışıqlara yol açan tərəf kimi öz rolunu yeriniə yetirməli olduğu bildirilib. Suriya prezidenti və iranlı heyət bu görüşdə Türkiyənin Afrinə davamlı təcavüzləri və Ankaranın Dəməşqə qarşı düşmən mövqeyinin nəticələrini araşdırıblar. 

Bəşar Əsəd təkidlə bildirib ki, Suriya xalqı öz ölkəsinin taleyi barədə əsas və son qərarı verir və hansısa başqa tərəfin Surya xalqı əvəzinə qərar qəbul etməyə haqqı yoxdur. 

Əsəd Türkiyənin Afrindəki hərbi əməliyyatların, Ankaranın Dəməşqə qarşı düşmənçilik siyasətinin davam etmiş olmasına növbəti dəlil olduğunu bildirərək deyib:  Bu təcavüz bir daha sübut etdi ki, bu siyasətə və onu həyata keçirənlərə etimad etmək olmaz. 

Bu görüşdə Cabiri Ənsari də bildirib ki, İran müxtəlif sahələrdə Suriya dövləti ilə davamlı olaraq fikir mübadiləsi və koordinasiyaya sadiqdir. Ənsari deyib: İranın Suriya böhranının həlli üçün hərhansı səyi bu ölkə rəsmiləri ilə razılaşma yolu ilə həyata keçəcək və Suriya dövləti və xalqı İran dövləti və xalqının nəzdində xüsusi mövqeyə malikdir.  

Teqlər