Şeyx Nəim Qasim müqavimətin qüdrətini vurğulayıb
Livan Hizbullahının baş katib müavini deyib: Müqavimət haqdır və buna görə güclüdür. Şeyx Nəim Qasim vurğulayıb: Müqavimət işğalçılıq, asılılıq və pozğunluq qarşısında dayanır. O, bu sözləri Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın səadətli mövludu günü münasibətilə Beyrutda keçirilən mərasimdə söyləyib.
Livan Hizbullahının baş katib müavini ABŞ-ı müqaviməti məhv etməyə səy istiqamətində təcavüzkarları və qəsbkarları himayə etməkdə ittihamlandırıb: Bizim mövqeyimiz haqdır və onlar təcavüz mövqeyində dururlar. Amerika və onun müttəfiqləri bizə qarşı fitnəkarlıq edərkən müqaviməti məhv etmək istəyirlər. Amerika ilk ölkə olaraq, 1984-cü ildə bildirdi ki, müqavimət terrorizmdir. Halbuki müqavimət öz torpaqlarını sionist işğalçıların əlindən azad etmək üçün mübarizə aparır. Amma Amerika işğalçıların və təcavüzkarların tərəfində durduğu və bizim ölkələrimizin dağıdılmasının tərəfdarı olduğu üçün izzət və ləyaqətə söykənən müqaviməti qəbul etmir. Lakin müqavimət haqq olduğuna və öz tərəfdarlarının dayağına görə, güclüdür.