Mart 08, 2018 15:40 Asia/Baku
  • Bəhreyndə 34 nəfərin edamı və həbsi hökmü təsdiq olunub
    Bəhreyndə 34 nəfərin edamı və həbsi hökmü təsdiq olunub

Ali-Xəlifə rejiminin appelyasiya məhkəməsi Bəhreyndəki zalımcasına siyasətlərinin davamında on beş vətəndaşın edam hökmünü, eləcə də daha on doqquz nəfərin həbsə atılması ilə bağlı hökmləri təsdiq edibdir.

Ali-Xəlifə rejimi tərəfindən insan haqlarının pozulması hallarının, o sıradan zalımcasına həbslərin, evlərə basqınların, ədalətsiz mühakimələrin, dinc etirazlara divan tutulmasının şiddətlənməsinin ardınca bu rejimin terror cinayətləri üzrə prokuroru Əhməd Əlhəmadi belə iddia edib: Bu şəxslər digər ölkələr və terror qrupları üçün casusluq etməkdə və bu qruplardan maliyyə himayəsi və təxribatçılıq hərəkətləri törətmək üçün pul almaqda ittiham olunurlar.

Bəhreyn rejiminin prokurorluğu həmçinin ümumi fikri bu rejimin müxalifətə qarşı cinayətlərindən yayındırmaq məqsədilə iddia edibdir ki, müttəhimlər İran və Livan Hizbullahı ilə əlaqədə olublar.

2017-ci il oktybarın otuzunda də Bəhreyn rejiminin məhkəməsi səkkiz nəfəri İrana qarşı puç iddiaları təkrar etməklə ömürlük həbsə, doqquz nəfəri on beş il həbsə, iki nəfəri isə on il həbsə məhkum etdi. On beş müttəhim də vətəndaşlıqdan məhrum edildi.

Beynəlxalq orqanların məlumatlarına əsasən, Bəhreyn ən çox siyasi məhbusa malikdir. 

Bəhreyn xalqı ötən altı il ərzində dinc aksiyalar keçirərək, öz ölkəsində ədalətin icrası, seçkilərin keçirilməsi və bütün qüdrəti əlinə almış Ali-Xəlifə rejminin ayrı-seçkilik hərəkətlərinə son qoyulmasını istəyir.

Teqlər