Mart 10, 2018 10:25 Asia/Baku
  • Terrorçuların kimyəvi silahdan istifadə edəcəyi barədə xəbərdarlıq
    Terrorçuların kimyəvi silahdan istifadə edəcəyi barədə xəbərdarlıq

Suriyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi deyib: Terrorçu qrupların kimyəvi maddələrə malik olmaları barədə 140-dan çox faktı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına və digər müvafiq təşkilatlara təqdim etmişik.

Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşar Cəfəri deyib: Terrorçulara dəstək olan ölkələrin məğlubiyyətindən sonra Suriya ordusu tərəfindən kimyəvi silahdan istifadə olunması barədə yeni iddia və bidət ortaya atıldı. Bu iddia həmin ölkələrin casusluq təşkilatlarının kimyəvi maddələri Suriya və Liviyadakı öz muzdlularına çatdırmalarından və onlara bu kimi maddələrdən istifadə və hətta bu maddələrin istehsalı barədə təlimat vermələrindən sonra irəli sürüldü. 

Bəşar Cəfəri şərqi Qutədə kimyəvi silahdan istifadə barədə araşdırmaların aparılması mövzusu barədə isə deyib: Suriya dövləti hər bir yerdə, hər bir zamanda və hərhansı şəraitdə ketləvi qırğın silahlarından o sıradan da kimyəvi silahdan istifadə edilməsini pisləyir. 

Teqlər