Mart 12, 2018 17:12 Asia/Baku
  • İordaniya xalqının bu ölkə dövlətinə qarşı aksiyası davam edir
    İordaniya xalqının bu ölkə dövlətinə qarşı aksiyası davam edir

İordaniyanın Əlbəlqa vilayətinin əhalisi dalbadal 38-ci gecə olaraq, aksiya keçirərək, dövlətin bəzi əsas malların bahalaşdırılması haqdakı qərarına qarşı öz etirazını bildiribdir.

Aksiya iştirakçıları baş nazir Hani Əlmulqinin dövlətinin kənarlaşdırılması, parlament və senatın buraxılmasını istəyib və bildiriblər ki, dövlətdə hökm sürən korrupsiya ilə müxalifdirlər.

Aksiyaçılar habelə dövlət orqanlarındakı bütün korrupsionerlərin cəzalandırılmaları və bütün həbs olunanların tez bir zamanda azadlığa buraxılmalarını tələb ediblər.

İordaniyada aksiyaların davam etməsi elə bir haldadır ki, bu ölkənin baş nazir Hani Əlmulqi son zamanlar, parlamentdən etimad səsi qazanmağa və nazirlər kabinetində cüzi dəyişikliklə yeni dövlət təşkil etməyə  müvəffəq olubdur.

Əlmulqi bundan öncə xalq etirazlarına reaksiyada demişdi ki, reytinq əldə etmək üçün ölkənin mənafeyini qurban etməyə hazır deyil. O, bildirib ki, bəzi malların qiymətinin bahalaşdırılması haqda qərar, ölkəni iqtisadi iflasdan xilas etmək məqsədilə çıxarılıbdır.

Teqlər