Misirdə 19 min terrorçu həbs edilib
Mart 15, 2018 17:53 Asia/Baku
Misirin Daxili İşlər Nazirliyi son 4 il ərzində Misirdə 19 min terrorçunun həbs edildiyini bildirib.
Sinxua xəbər agentliyinin verdiyi məlumata görə, Misir Daxili İşlər Nazirliyi bildirib: Son 4 ildə Misirin təhlükəsizlik və polis qüvvələri terrorçuluqda şübhəli bilinən 19 min 108 nəfəri həbs ediblər və terrorçulara dəstək verən bir neçə iqtisadi müəssisə və təşkilatı da dağıdıblar.
Misirin DİN bildirib: Misir təhlükəsizlik qüvvələri terrorçuların gizləndikləri 992 məkanı aşkar və məhv edib və gözə çarpacaq silahlar zəbt edib.
Misir ordusu terrorçuları Sinadan qovmaq məqsədi ilə fevralın 9-dan Sina-2018 adlı əməliyyata başlayıblar.