Mart 17, 2018 20:31 Asia/Baku
  • İordaniya vətəndaşları hökumət əleyhinə etirazları davam etdirir
    İordaniya vətəndaşları hökumət əleyhinə etirazları davam etdirir

İordaniyanın əl-Bəlqa vilayətinin sakinləri 44-cü gecə ardıcıl olaraq əl-Eyn meydanına toplaşaraq hökumətin çörək və bəzi əsaslı məhsulların qiymətinin artırılmasına dair qərarına etiraz ediblər.

Fars Xəbər Agentliyinin əl-Ordon 24 portalına istinadla verdiyi məlumata görə, əl-Bəlqa vilayəti sakinləri ötən gecə bu aksiyada iştirak edərək bildiriblər ki, onların əsas məqsədi ölkənin milli sərvətini qarət edən korrupsionerlərlə mübarizədir. 

Etirazçılar həmçinin Hani əl-Mulqa hökumətinin buraxılması, parlamentin ləğv edilməsi, bütün korrupsionerləri cəzalandıra biləcək milli xilas hökumətinin təşkil olunmasını tələb ediblər. 

Teqlər