Nəsrullah: Hizbullah Livanın inkişafını düşünür
Livan Hizbullahının baş katibi seyid Həsən Nəsrullah təxminən iki ayadək keçiriləcəyi nəzərə alınan Livanın parlament seçkilərinin əhəmiyyətini vurğulayaraq deyib: Livan Hizbullahı parlamentdə iştirak edərək ölkənin müxtəlif sahələrdə tərəqqi və inkişafı uğrunda səy göstərir.
Livanda parlament seçkiləri may ayının 6-da keçiriləcək.
İRNA-nın verdiyi məlumata görə, Livan Hizbullahının baş katibi dünən gecə etdiyi çıxışında Livanda parlament seçkilərinin ölkədə milli gücün bərpası üçün ciddi fürsət olduğunu bildirərək deyib: Bu seçkilərə ona görə qatıldıq ki, xalqımızın və şərəfli müqavimətimizin həqiqi səsi olaq.
Seyid Həsən Nəsrullah Hizbullahın seçki platformasına hökumət qrumlarında siyasi və idarə islahatlarının daxil olduğunu bildirərək deyib: Livanda seçki məcəlləsini müdafiə edir və onun daha da yaxşılaşmasını vurğulayırıq.
Nəsrullah nazirliklərdə islahat, korrupsiya ilə mübarizə, idarəetmədə təmərküzləşməyə son qoymaq, tenderlərin sağlam keçirilməsi, elektron dövlətin və vətəndaşların ümumi məlumatlarını əhatə edən bütöv sistemin fəallaşmasını Hizbullahın seçki proqramlarından ibarət olduğunu deyib.