Apr 13, 2018 12:51 Asia/Baku
  • Suriya bir daha kimyəvi silahlardan istifadənin qadağanı üzrə razılaşmaya sadiq olduğunu vurğulayıb
    Suriya bir daha kimyəvi silahlardan istifadənin qadağanı üzrə razılaşmaya sadiq olduğunu vurğulayıb

Suriya xarici işlər nazirliyi bildirib ki, bu ölkə bir daha Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı ilə tam əməkdaşlığını və həmin təşkilatın üzvü kimi özünün bütün öhdəliklərinin icrasını vurğulayır.

Suriya xarici işlər nazirliyi həmçinin bildiribdir ki, rəsmi Dəməşq Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının komandasına hər cür şəraitin yaradılmasına tam hazırdır və bu təşkilatı öz komandasını Duma şəhərinə göndərməyə çağırıbdır.

Suriya dövləti aprelin onunda rəsmən Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatından istədi ki, terrorçuların Suriya ordusunun Dumaya qarşı kimyəvi hücuma dair iddiasını araşdırsın.

Suriya xarici işlər nazirliyindəki məsul bir şəxs də belə deyib: Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı ekspertlərinin daxil olmaları və onlara həvalə olunmuş tapşırılqların yerinə yetirilməsində hər cür təxirin məsuliyyəti qərbli tərəflərin və ABŞ-ın üzərinə düşür.

Duma məntəqəsində yerləşən terrorçular şənbə günü gecə rəsmi Dəməşqi bu məntəqəyə qarşı kimyəvi hücumda ittiham etdilər. Suriya dövləti qətiyyətlə bu ittihamı rədd edibdir.

Amerika və onunla müttəfiq olan bəzi ölkələr mötəbər sənədlərə malik olmadan bu məsələdən istifadə edərək, Suriya dövlətini iddia olunan kimyəvi hücumda ittiham ediblər.

Teqlər