Apr 13, 2018 13:56 Asia/Baku
  • Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının ilk qrupu Dəməşqə daxil olub
    Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının ilk qrupu Dəməşqə daxil olub

Suriyanın BMT-dəki nümayəndəsi deyib ki, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı nümayəndələrinin ilk qrupu dünən Dəməşqə daxil olub və ikinci qrup da bu gün Suriyaya daxil olacaqdır.

Bəşşar Əlcəfəri dünən bildirib ki, Suriya dövləti Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının faktaraşdırıcı heyəti üzvlərinin Duma şəhərində istədikləri məkana getmələrinə şərait yaradacaqdır.

O, deyib: Bu qrupun Suriyaya daxil olması yolunda hər cür təxir, ləngimə, maneçilik və xələl ABŞ, Fransa və İngiltərənin Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına qarşı siyasi təzyiqləri nəticəsində olacaq. Terrorçular Liviyadan kimyəvi maddələr əldə ediblər və son zamanlar da Türkiyə və Ərəbistanın həmkarlığı ilə müəyyən miqdarda kimyəvi maddəyə yiyələniblər.

Həmçinin Suriya xarici işlər nazirliyindəki bir mənbə bildiribdir ki, qərbli tərəflər bu müfəttişlərin tapşırıqları yolunda maneçilik törətməyə və onların işlərinə qarışmağa çalışırlar.

Teqlər