Fələstinlilər "əsir günü"ndə aksiya keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i302678-fələstinlilər_əsir_günü_ndə_aksiya_keçiriblər
Fələstinlilər "əsir günü" münasibəti ilə İordan çayının qərb sahilində yürüş təşkil edərək, beynəlxalq dairələrin İsrail zindanlarında saxlanılan fələstinli əsirlərin əzabına son qoymasını istəyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 18, 2018 05:19 Asia/Baku
  • Fələstinlilər

Fələstinlilər "əsir günü" münasibəti ilə İordan çayının qərb sahilində yürüş təşkil edərək, beynəlxalq dairələrin İsrail zindanlarında saxlanılan fələstinli əsirlərin əzabına son qoymasını istəyiblər.

İRNA-nın məlumatına görə, fələstinlilər "əsir günü" münasibəti ilə təşkil etdikləri yürüşdə əllərində əsirlərin fotoşəkillərini və Fələstin bayrağını daşıyıblar.

1947-ci ildən bəri fələstinlilər 17 apreli "fələstinli əsirlər günü" olaraq qeyd edirlər.

İsrail zindanlarında təqribən 6400 fələstinli əsir saxlanılır. Bu əsirlər arasında 350 uşaq və 62 qadın var. Əsirlərdən altısı millət vəkilidir.