Apr 21, 2018 13:17 Asia/Baku
  • Bəşşar Əsəd
    Bəşşar Əsəd "Fəxri Legion Orden"in Fransaya geri qaytardı

ABŞ, Fransa və İngiltərənin Suriyaya qarşı son həmlələrindən sonra Bəşər Əsəd Fransanın ona təqdim etdiyi şərəf nişanını geri qaytarıb. Əsəd "ABŞ-ın köləsi olan bir ölkənin şərəf nişanını özündə saxlaya bilməyəcəyini" deyib.

Suriyanın Xarici İşlər Nazirliyi prezident Bəşər Əsədin 2001-ci ildə o dövrkü Fransa prezidenti Jak Şirak (Jacques Chirac) tərəfindən ona verilmiş Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatını geri qaytardığını bildirib.

XİN öz açıqlamasında böyük xaç formasında olan Fəxri Legion Ordenini Suriyada Qərb ölkələrini təmsil edən Rumıniya səfirliyi vasitəsilə geri qaytardığını bəyan edib. 

Nazirlik bu qərarın aprelin 14-də Fransanın Suriya hökümətinə aid hədəflərə edilən hücuma qatıldığı üçün qəbul edildiyini, ABŞ-ın əmrlərini yerinə yetirən bir ölkənin nişanını saxlamağın Suriyanı şərəfləndirmədiyini ifadə edib.

"Terrorçuları dəstəkləyən ABŞ-ın təqlidçisi və köləsi olan ölkəyə aid nişanı taxmaq prezident Əsəd üçün şərəf deyil" — deyə nazirliyin açıqlamasında bildirilir.

Suriya prezidenti Bəşşar Əsədin xarici siyasət ofisindən verilən açıqlamada deyilir: "Kolonializm və köləlik dövrü başa çatıb. 7 ildir terrorçuluqla mübarizə aparan Suriya ordusu tərəfindən dəstəklənən suriyalılar, arzuolunmaz siyasətlə terrorizə edilə bilməyəcək".

Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı olan Fəxri Legion Orden 1802-ci ildə Napolyon Bonapart tərəfindən təsis edilib. Bu orden hər il təqribən 3000 nəfərə təqdim edilir.

Teqlər