Əsəd: Terrorizmlə savaş Suriyanın tam təmizlənməsinədək davam edəcək
Suriya prezidenti İran xarici işlər nazirinin siyasi məsələlər üzrə köməkçisi ilə görüşdə bildirib: Terrorizmlə savaş Suriya ərazisinin tam təmizlənməsinədək davam edəcək.
İRNA-nın məlumatına görə, Bəşşar Əsəd bazar ertəsi günü İran xarici işlər nazirinin siyasi məsələlər üzrə köməkçisi Hüseyn Cabiri Ənsari ilə Dəməşqdə görüşdə ABŞ, İngiltərə və Fransanın Suriyaya son təcavüzünə toxunaraq deyib: Onların Suriyaya birbaşa təcavüzü terrorizmlə savaşı dayandıra bilməz.
Suriya prezidenti əlavə edib: Bu ölkələr və regionun bəzi ölkələri Suriyada böhranın ilk günündən terrorçuları dəstəkləyiblər.
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə köməkçisi Hüseyn Cabiri Ənsari də bu görüşdə deyib: ABŞ, Fransa və İngiltərənin raket hücumlarının əsas səbəbi Suriya ordusu və müttəfiq qüvvələrin qələbələridir.
Cabiri Ənsari əlavə edib: Təcavüzkarlar bu qələbələrin bu sürətlə və başqa bölgələrdə davam etməsindən qorxurlar.