Ali-Xəlifə məhkəməsi üç bəhreynli bacının həbsi barədə hökm çıxarıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i304302-ali_xəlifə_məhkəməsi_üç_bəhreynli_bacının_həbsi_barədə_hökm_çıxarıb
Ali-Xəlifə rejiminin məhkəməsi üç bacını bu rejimin müxaliflərindən olan öz həyat yoldaşlarına sığınacaq vermək ittihamı ilə üç il həbsə məhkum edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 26, 2018 14:30 Asia/Baku
  • Ali-Xəlifə məhkəməsi üç bəhreynli bacının həbsi barədə hökm çıxarıb

Ali-Xəlifə rejiminin məhkəməsi üç bacını bu rejimin müxaliflərindən olan öz həyat yoldaşlarına sığınacaq vermək ittihamı ilə üç il həbsə məhkum edibdir.

Bəhreyn rejimi bu gün səhər Fatimə Əli, Amal Əli və İman Əli adlı üç bacıya qarşı hökmün yenidən nəzərdən keçirilməsi üzrə ərizəni rədd edərək, bu hökmü qüvvədə saxlayıbdır.

Bu üç bacı Ali-Xəlifə rejiminin xəfiyyə qüvvələrinin 2017-ci ilin iyun ayında Əlduraz məntəqəsi sakinlərinin mənzillərinə qarşı hücumu zamanı həbs olunmuşdu.

Bu məhkəmə həmçinin bir neçə ay həbsdən sonra bu üç bacıdan ikisini vəsiqə qarşılığında azad etmişdi ki, hazırda yekun hökmün çıxarılması ilə onlar yenidən həbs olunacaqlar.