Səud qırıcıları Sənanı bombalayıblar
Səudiyyə rejiminin qırıcıları bu gün səhər tezdən Yəmənin paytaxtı Sənanı bombalayıblar.
Bu hücum nəticəsində Sənada bir neçə güclü partlayış səsi eşidilib.
Yəmənli mənbələr bildiriblər ki, təcavüzkar səud qırıcıları Yəmən daxili işlər nazirliyinin Sənanın şimalındakı Əlhəsbə məntəqəsində yerləşən binasını və polis qərargahını hədəfə alıblar.
Bəzi medialar da prezidentlik binası və Yəmən Aviasiya Məktəbinin hədəfə alınmasından xəbər veriblər.
Hələ bu hücumun ehtimal üzrə törətdiyi xəsarətlər və tələfat barədə bir məlumat daxil olmayıb.
Səud qırıcılarının Sənaya qarşı hücumları Yəmən Ali Siyasi Şurasının mərhum sədri şəhid Salih Əli Əlsəmadın dəfn mərasimi ərəfəsində həyata keçirilib.
Salih Əli Əlsəmad cümə axşamı günü aprelin 19-da təcavüzkar səudiyyə rejimi qırıcılarının Yəmənin qərbində yerləşən Əlhudəydə vilayətinə qarşı hücumunda şəhid olubdur.
Bu şəhidin pak cənazəsi bu gün səhər Sənada müşayiət olunacaq.