Sionist rejim qırıcıları Qəzzə zolağına hücum ediblər
Sionist rejim qırıcıları bu gün səhər tezdən Qəzzə zolağını raket hücumları hədəfinə alıblar.
Fələstinli qaynaqlar bildiriblər ki, sionist rejim qırıcıları fələstinli müqavimət qüvvələrinin Qəzzə zolağının mərkəzində yerləşən Diyrəlbələh məntəqəsinin qərbindəki mövqelərini bombalayıblar.
Fələstinli qaynaqların bildirdiklərinə görə, bu hücum insan tələfatı törətməyibdir.
Sionist rejimin pilotsuzları da dünən gecə Qəzzə limanında iki qayığı hədəfə alıblar.
Bu hücum elə bir halda edilibdir ki, Qəzzə limanı özünü Qəzzə zolağının mühasirəsinin sındırılması məqsədilə bu limana daxil olacaq gəmiləri qarşılamağa hazırlayır.
Sionist rejim ötən ilin dekabrından bəri Qəzzə zolağına qarşı hava hücumlarını öz gündəminə daxil edibdir.
Sionist rejimin Qəzzə zolağına qarşı hücumlarında indiyədək minlərlə fələstinli şəhid olub və ya yaralanıbdır.
Qəzzə zolağı 2006-cı ildən bəri sionist rejimin quru, hava və dəniz mühasirəsi altındadır və bu zolağın sakinləri böyük problemlərlə üzləşirlər.