May 06, 2018 21:37 Asia/Baku
  • Fələstinlilər bəzi ərəb ölkələrinin Fələstin amalına xəyanətini qınayırlar
    Fələstinlilər bəzi ərəb ölkələrinin Fələstin amalına xəyanətini qınayırlar

Son aylarda bəzi ərəb ölkələri, başda Səudiyyə Ərəbistanı olmaqla sionist rejimlə münasibətləri normallaşdırmaq və Fələstin amalına xəyanət etməkdədirlər. Fələstinlilər islam dünyasının bu xəyanət qarşısında durmasını istəyirlər.

Fələstinlilərin işğalçılara qarşı əliboş ayağa qalxdıqları bir halda, bir çox ərəb ölkəsi sionist rejimlə münasibətləri normallaşdırmaq məqsədilə işğal olunmuş Fələstinə çatdırmışdır. Son günlərdə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin birgə heyəti idman yarışlarını bəhanə edərək işğal olunmuş ərazilərə daxil olub.

Fələstinli fəal deyib: Bu, təəssüfləndirici davranışdır. İdman bəhanəsi ilə sionistlərlə əlaqələri normallaşdırmaq siyasi və mədəni bəhanələrlə əlaqələri normallaşdırmaqdan pisdir. İşğalçıların Fələstin ərazilərini işğalda saxladıqları və islam atributlarına hörmətsizlik etdikləri zamanadək, ümmətin onlarla əlaqələri qarşılaşmaya əsaslanmalıdır.

Fələstinlilər bildirirlər ki, Fars körfəzi ətrafındakı bəzi ərəb ölkələrinin davranış və hərəkətləri təhlükəli sürüşkənlikdir. Və sonda Fələstin vətəndaşlarının hüquqlarının məhv olması və sionist rejimi ilə xəyanətkarcasına münasibətlərin qurulması ilə nəticələnə bilər.

Başqa bir fələstinli deyib: Bu hərəkət fədakarlıqlara hörmətsizlik və Fələstində tökülən qanlara etinasızlıqdır. Sionist rejim Fələstin xalqının hüququnu nə vaxt rəsmən tanımışdır ki, Əmirliklər, Bəhreyn və digər ərəb ölkələri onunla münasibət qurmaq istəyirlər?

Zamanın keçməsi və regionda reallıqların üstünün açılması ilə, hazırda fələstinlilər vurğulayırlar ki, regionun bir çox ərəb ölkəsinin sionist rejimlə münasibətləri normallaşdırmağı istəməsi, hətta bir neçə ölkənin də işğalçıların Fələstin xalqına qarşı məkrli planlarında iştirak etməsi açıq-aşkar reallığa çevrilmişdir. Belə bir halda, islam ümmətinin xəyanətkarlar qarşısında durması layiqli addımdır.

 

Teqlər