Qəzzə zolağının cənubunda fələstinli şəhidlərin sayı artıb
Fələstin səhiyyə nazirliyinin sözçüsü deyib ki, Qəzzə zolağının cənubundakı Xəzaə məntəqəsinin şərqində yerləşən üç fələstinli gənc dünən axşam sionist hərbçilərin atəşləri nəticəsində şəhid olub.
Bundan öncə "Fələstin post" qəzeti sionist hərbçilərin Qəzzə zolağına qarşı hücumunda şəhid olan fələstinlilərin sayını iki nəfər elan etmişdi.
Fələstin səhiyyə nazirliyinin sözçüsü Əşrəf Əlqədrə əlavə edib: Sionist rejimin, yardım qüvvələrinin bu üç fələstinliyə yardım göstərmələrinə mane olmasının ardınca yaralarından güclü qanaxma onların şəhid olmalarına bais oldu.
Minlərlə fələstinli martın 30-da "Yer günü"nün 42-ci ildönümündə dinc "Qayıdış haqqı" aksiyasında iştirak edərək, Qəzzə zolağının işğal olunmuş ərazilərlə sərhəd hüdudlarına tərəf hərəkət etdi, lakin sionist hərbçilərin hücumları ilə üzləşdi.
Bu aksiyaların davamında, həmçinin beynəlxalq və regional təşkilatların ləyaqətsizlikləri nəticəsində indiyədək əllidən çox fələstinli, sionist hərbçilərin atəşləri ilə şəhid olub, təqribən səkkiz min fələstinli də yaralanıbdır.
Sionist rejim fələstinlilərin ərazilərini müsadirə edib, orada sionistsakinli qəsəbələr salmaqla fələstinli məntəqələrin coğrafi strukturunu dəyişmək və ona sionist görkəm vermək niyyətindədir ki, fələstinli məntəqələrə öz hökmranlığını təsbit etmiş olsun.