May 07, 2018 21:31 Asia/Baku
  • Yəmən prezident administrasiyasının bombalanması üzrə tələfatın sayı artıb
    Yəmən prezident administrasiyasının bombalanması üzrə tələfatın sayı artıb

Təcavüzkar səud qırıcılarının Sənada Yəmən prezident administrasiyası binasına qarşı hücumlarının törətdiyi tələfat və yaralıların sayı 66-ya çatıbdır.

Yəmənin Ənsarullah hərəkatının saytı bildirib ki, Sənada Yəmən prezident administrasiyası binasına qarşı hücumlarda ölənlər arasında məktəblilər də var.

Bundan öncə dünyasını dəyişənlərin sayı altı, yaralıların miqdarı isə otuz nəfər elan olunmuşdu. Yardım və xilasetmə, həmçinin həlak olanların uçqunlar altından çıxarılmaları əməliyyatlarının davam etməsinə görə, qurbanların sayının artması ehtimalı verilmişdi.

Digər tərəfdən, Ənsarullah hərəkətının liderlərindən olan Tofiq Əlhəmiri bildirib ki, Yəmən Ali İnqilab Komitəsinin sədri Muhəmməd Əli Əlhusi və Ali Siyasi Şuranın sədri Mehdi Əlməşat tamamilə sağlamdırlar və bu hücumda zərər çəkməyiblər.

Təcavüzkar səud qırıcıları həmçinin bu gün səhər tezdən Yəmənin müdafiə və daxili işlər nazirliklərinin binalarını bombalayıblar.

Ərəbistan ABŞ-ın, BƏƏ-nin və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin martında Yəmənə hücum edərək, bu ölkəni sudan, qurudan və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək on minlərlə yəmənlinin ölməsi, yaralanması və didərgin düşməsilə nəticələnibdir.

Teqlər