May 14, 2018 20:12 Asia/Baku
  • Şeyx Nəim Qasım: Müqavimət Fələstində qələbə çalmaq ərəfəsindədir
    Şeyx Nəim Qasım: Müqavimət Fələstində qələbə çalmaq ərəfəsindədir

Livan Hizbullahı baş katibinin müavini deyib: Müqavimət cəbhəsinin bütün qələbələri Fələstin üçün qələbə sayılır və Yəmən, Bəhreyn və İraq xalqlarını da dəstəkləmək lazımdır.

Şeyx Nəim Qasım əlavə edib: Müqavimət ABŞ-ın baxışında təcavüz sayılır. Halbuki, Vaşinqton sionistlərin fələstinliləri qırğın etməsini özünü müdafiə hesab edir. ABŞ həmçinin fələstinlilərin öz torpaqlarına qayıdış haqqını İsrail üçün təhdid sayır. Amma, İsrail rejimi bundan sonra savaş qanunlarını özünə uyğunlaşdıra bilməyəcək. Cövlanda baş verənlər artıq önləyicilik strategiyasına bir təkid sayılır. 

Livan Hizbullahının baş katib müavini Şeyx Nəim Qasım həmçinin deyib: Müqavimət cəbhəsi indi Fələstin və Beytülmüqəddəsdə habelə, təkfirçi terrorçular üzərində qələbə qazanmaq mərhələsindədir. bizdən istənilən isə bu yolda qətiyyətli olmaq və müqavimət yolunu davam etdirməkdir. Trampın ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi qərarının heç bir dəyəri yoxdur. Trampın dünyanı uçuruma sürüklədiyi hamıya aydındır. 

Şeyx Nəim Qasım müqavimətin düzgün siyasi baxışa malik olmalı olduğunu deyərək, əlavə edib: Əlaqələrin normallaşdırılmasını rədd edirik. Çünki, əlaqələrin normallaşdırılması ilə Fələstinin bir hissəsi sionistlərə verilmiş olacaq. 

Şeyx Nəim Qasım həmçinin deyib: Bəzi ərəb ölkələrinin İsrail rejimi ilə əlaqələrini normallaşdırması Fələstin xalqına arxa çevirməkdir. Bəzi Ərəb ölkələri müqavimətin Livanda parlament seçkilərində məğlub olmasını istədi. 

O həmçinin deyib: Müqavimət cəbhəsinin bütün qələbələri Fələstin üçün qələbə sayılır. Və Yəmən, İraq və Bəhreyn xalqlarını himayə etmək lazımdır. 

Teqlər