Həccə vilayətində səudiyyəli muzdlular böyük məğlubiyyətə uğrayıb
Yəmən xalq qüvvələri Həccə vilayətinin Hirz şəhəri ətrafında Ərəbistanın başçılıq etdiyi koalisiya qırıcılarının hava dəstəyinə malik səudiyyəli muzdluların irimiqyaslı hücumlarının qarşısını alıblar.
İRİB-in əl-Məsirə televiziyasına istinadla verdiyi məlumata görə, Yəmən xalq qüvvələri səudiyyəli təcavüzkar qırıcıların 80 ədəd raket atmasına reaksiyada onlarla ərəbistanlı muzdlunu öldürüb, yaralayıb və onlara məxsus üç hərbi avtomobili məhv edib.
Yəmən xalq qüvvələri həmçinin Ərəbistanın cənub-qərbində Cizanda Cəbəl Əd-Duxan bölgəsi yaxınlığında sərhəd gözətçiləri mərkəzini ağır artilleriya ilə atəşə tutub.
Bu arada Yəmənin Təiz vilayətinin qərbində Həmir cəbhəsində Təbə əl-Xəzan və Təbə əl-Həsən bölgələrində Yəmən qüvvələri onlarla səudiyyəli muzdlunu məhv edib.
Digər tərəfdən səudiyyəli düşmənin əl-Hüdeydə vilayətində Ət-Təhita qəsəbəsinin Əs-Səviq məhəlləsinə hava hücumlarında bir yəmənli həlak olub.