Fələstin müqavimətinin İsrailin təcavüzlərinə cavabı 22 raket oldu
Fələstin müqaviməti sionist rejimin təcavüzlərinə cavab olaraq, bu rejimin Qəzzəyə yaxın bazalarını 22 ədəd raket ilə hədəfə alıb.
İsrail medialarının bildirdiklərinə görə, Fələstin müqaviməti bu gün səhər işğal edilmiş əraziləri 22 ədəd raket ilə hədəfə alıblar. Bu isə 2014-cü ildə baş vermiş 50 günlük müharibədən sonra misli görünməmiş bir hücum sayılır.
İsrail mediaları həmçinin bildiriblər: İsrailin "Dəmir Günbəz" raket müdafiə sistemi atılan raketləri önləmək üçün sadəcə 13 raket buraxa bilib və Fələstin müqavimətinin atdığı raketlərin çoxu hədəfi vuraraq, ciddi zərər və ziyanlara səbəb olub.
Bu məlumata görə, İsrail ordusu bütün qəsəbə sakinlərindən sığınacaqlara getmələrini istəyib.
Fələstin müqavimətinin raket hücumu İsrailin bu gün səhər Qəzzənin şimalına olan hücumuna cavab sayılır. Bu hücumda bir fələstinli şəhid olmuşdu.