İsrail rejimi Qəzzəyə raket zərbələri endirib
May 29, 2018 18:02 Asia/Baku
İsrail qırıcıları bu gün günortadan sonra Qəzzə zolağının mərkəzinə raket zərbələri endirib.
Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, İsrail qırıcıları bu gün günorta Fələstin İslami Cihad Hərəkatının hərbi qanadıolan Səraya Əl-Qüds batalyonlarının bazasını hədəfə alıb.
Bu hücumlar İsrailin baş naziri Benyamin Netanyahunun işğal edilmiş ərazilərə atılan raket hücumlarına görə Həmas-ın və İslami Cihad Hərəkatı-nın məsuliyyət daşıdığını elan etməsindən sonra həyata keçirilib.
Digər tərəfdən İsrail parlamentinin bir qrup üzvü Qəzzəyə qarşı daha güclü hərbi əməliyyatların həyata keçirilməsini istəyib.
Fələstin müqaviməti bu gün səhər İsrail rejiminin hücumlarına cavab oalraq işğal olunmuş ərazilərə 22 ədəd raket atıb.